Layihə versiyası: mətn hüquqşünas tərəfindən təsdiqlənənə qədər yekun deyil.
Məxfilik siyasəti
Son yenilənmə: 30 oktyabr 2026
Standa toxunub rəy yazanda hansı məlumatın toplandığını, nə üçün istifadə olunduğunu və nə qədər saxlandığını burada izah edirik.
1. Kim cavabdehdir
Rəyi standı yerləşdirən restoran və ya kafe toplayır və ondan istifadə edir. Ulduzla bu biznes adından məlumatı texniki cəhətdən emal edən xidmətdir.
Sual və müraciətlər üçün: support@ulduzla.az.
2. Hansı məlumatı toplayırıq
- Verdiyiniz ulduz, seçdiyiniz problem etiketləri və yazdığınız şərh.
- Səhifənin dili və standın NFC və ya QR ilə açılması.
- İstəsəniz yazdığınız telefon nömrəsi və əlavə etdiyiniz şəkil.
- Spam qorunması üçün IP ünvanı və brauzer məlumatından hesablanan birtərəfli kod. Xam IP ünvanı saxlanmır.
3. Nə üçün istifadə olunur
- Rəyinizi biznesin sahibinə çatdırmaq və problemi həll etmək.
- Telefon nömrəsi verdinizsə, biznesin sizinlə yalnız bu rəy barədə əlaqə saxlaması.
- Saxta və təkrarlanan rəylərin qarşısını almaq.
- Biznes üçün ümumi statistika və süni intellektlə rəy təhlili.
4. Nə qədər saxlanır
Telefon nömrəsi rəydən 90 gün sonra avtomatik silinir.
Rəy, şərh və şəkil biznesin abunəliyi davam etdiyi müddətdə saxlanır. Silinməsini istəsəniz bizə yazın.
5. Pilot müraciət forması
Saytdakı “Pilota qoşul” formunda yazdığınız ad, restoranın adı, telefon, şəhər və qeyd yalnız Ulduzla komandasının sizinlə əlaqə saxlaması üçün istifadə olunur və üçüncü tərəfə satılmır. Silinməsini istəsəniz bizə yazın.
6. Kimlərlə paylaşılır
Rəyi yalnız həmin biznesin komandası görür. Məlumat reklam üçün satılmır və ötürülmür.
- Süni intellekt təhlili (OpenAI): yalnız rəyin mətni göndərilir, telefon nömrəsi və şəkil göndərilmir.
- Spam qorunması (Cloudflare Turnstile).
- Bildirişlər: biznesin Telegram hesabı və ya e-poçtu.
- Serverlər Avropa regionundadır.
7. Cookie
Rəy səhifəsində reklam və ya izləmə cookie-si istifadə etmirik. Panelə giriş üçün yalnız sessiya cookie-si qoyulur.
8. Hüquqlarınız
Məlumatınızla tanış olmaq, onu düzəltmək və ya silmək üçün support@ulduzla.az ünvanına yazın. Müraciəti ən geci 30 gün ərzində cavablandırırıq.